Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

Boyukmillet.com xəbər verir ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …