Şənbə , 20 Aprel 2024
Drone Cameras

Baş prokurorun müavini: “Azərbaycanda vurulmuş ziyanın ödənilməsində irəliləyişlər baş verib”

Azərbaycanda aparılmış islahatlar və görülmüş işlər nəticəsində cinayət aktivlərinin bərpası və vurulmuş ziyanın ödənilməsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlər baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib.

“Belə ki, keçən müddət ərzində dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 162 milyon 639 min 756,04 manat və 332,482 ABŞ dolları, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 939,490,25 manat, 45,700 ABŞ dolları, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətdən azad olunması üçün ödənilmiş 2,680,708,96 manat, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1,110,536,72 manat və 437,054 ABŞ dolları məbləğlərində vəsaitlərin İdarənin elektron-uçot bazasında qeydiyyatı aparılmışdır”, – E.Camalov vurğulayıb.

Baş prokurorun müavini qeyd edib ki, xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən istintaq orqanlarının sorğusuna əsasən, keçən müddət ərzində əmlakların izlənməsi və aşkar edilməsi sahələrində müvafiq tədbirlər həyata keçirilərək, təqsirləndirilən şəxslərə məxsus 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, 608 nəqliyyat vasitəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib: “Bu müddət ərzində 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 13 nəqliyyat vasitəsi, 28 daşınmaz əmlak və 19 qeyri-yaşayış sahəsinin mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılmışdır”.

Bundan əlavə, gələcək əmlak müsadirəsi və vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ilk dəfə olaraq üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi institutunun qanunvericiliyə daxil edilməsi üçün müvafiq qanun layihələri hazırlanıb.

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …