Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Başqırdıstanda ticarət mərkəzində yanğın olub, 80 nəfər təxliyə edilib

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ticarət mərkəzlərindən birində yanğın baş verib.

Bu barədə “Report” Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

İlkin məlumatlara görə,“Ufimskaya küçəsində, “Astrum” ticarət mərkəzinin birinci mərtəbəsində, anbarlardan birində 50 kvadratmetr sahədə əmlak yanır. Yanğınsöndürənləri hazırda yanğını söndürürlər. 80 nəfər, o cümlədən 12 uşaq binadan təxliyə olunub”, – nazirliyin məlumatında qeyd olunur.

Ölən və yaralananlar barədə məlumat verilmir. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Check Also

Tramp ABŞ-nin İranı daş dövrünə qaytaracağını bildirib

ABŞ növbəti iki-üç həftə ərzində İrana hərbi zərbələrinin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Boyukmillet.com-un məlumatına …