Bazar , 15 Mart 2026
Drone Cameras

Bayden Çinin hipersəsli raketləri ilə bağlı narahatlığını ifadə edib

ABŞ Prezidenti Cozef Bayden Çinin sınaqdan keçirdiyi hipersəsli raketlərdən narahatlığını ifadə edib.

Boyukmillet.com CNN telekanalına istinadən xəbər verir ki, bu açıqlamanı Amerika lideri Pensilvaniyaya uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı hərbi bazada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ağ Evin mətbuat katibi Cen Psaki öz növbəsində bildirib ki, Çinin yaratmaqda olduğu hərbi potensialla bağlı ABŞ-ın narahatlığı var və sözügedən məsələ diplomatik kanallarla qaldırılıb.

Qeyd edək ki, oktyabrın 16-da Böyük Britaniyanın “Financial Times” qəzeti Çinin avqust ayında təyyarə ilə nüvə silahı daşımaq qabiliyyətinə malik olan hipersəsli raket buraxması barədə məlumat yayıb.

Öz növbəsində Çinin xarici işlər nazirliyinin sözçüsü Zao Litszyan oktyabrın 18-də keçirilən brifinqdə Çində yeni silah növünün deyil, kosmik gəminin sınaqdan keçirildiyini bildirib.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …