Cümə , 17 May 2024
Drone Cameras

Bayden: “Putin müharibəyə başlayanda NATO-nu parçalayacağını düşünürdü”

“Putin amansız müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, səhv edirdi”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tvitter hesabında yazıb.

“Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək”, – Bayden sosial şəbəkə hesabında yazıb.

“Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm”, – ABŞ rəhbəri əlavə edib.

“Ən yeni müttəfiqimiz Finlandiya tərəfindən gücləndirilərək, Transatlantik təhlükəsizliyi qorumağa, NATO ərazisinin hər qarışını müdafiə etməyə və qarşılaşdığımız bütün çağırışlara cavab verməyə davam edəcəyik”, – Bayden fikirlərini yekunlaşdırıb.

Check Also

Slovakiya DİN: Ölkə vətəndaş müharibəsinin astanasındadır

Slovakiya vətəndaş müharibəsinin astanasındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Slovakiya KİV ölkənin Daxili İşlər …