Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bayden Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıra bilər

Yerli KİV-in məlumatına əsasən ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden onu yeni dövlət başçısı kimi tanımadığına görə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası irəli sürəcəyini güman edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bayden özü mətbuat konfransında bildirib.

Mətbuat konfransında Baydendən rəsmi olaraq hakimiyyətin ötürülməsinə yaşıl işıq yandırması üçün lazım olan rəhbərlik və Baş Xidmətlər İdarəsinə qarşı məhkəmə iddiasının irəli sürülməsinin istisna edilib-edilməməsi soruşulub.

“Biz bunu istisna etmirik”, – Bayden deyib.

Bu halda o Trampın seçkilərdə məğlubiyyətini etiraf etməmək istəyini məsuliyyətsizlik adlandırıb. “Bütün dünyaya demokratiyanın necə işlədiyi barədə inanılmaz dərəcədə zərərli mesajlar göndərilir. Sadəcə bunun tamamilə məsuliyyətsiz olduğunu düşünürəm”, – siyasətçi deyib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …