Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Baydenin daha bir ştatda prezident seçkilərində qalib gəldiyi məlum oldu

ABŞ-ın Viskonsin ştatının qubernatoru Toni Evers Deyn və Miluoki dairələrində seçici səslərinin təkrar sayılmasından sonra demokratların namizədi Co Baydenin qələbəsini təsdiq edib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə o özünün feysbukdakı hesabında yazıb.

Ştatın başçısı bildirib ki, prezident seçkilərinin nəticələrini sertifikatlaşdırıb.

O, qeyd edib ki, ştatın seçicilərinin Co Baydeni prezident və Kamala Harrisi vitse-prezident seçmələrini təsdiqləyən sənədə imza atıb.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokratların namizədi Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp qüvvələrini sınayıblar.

7 noyabrda aparıcı Amerika mediası – ABC News, FOX News, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.

Dünyanın bir sıra liderləri və BMT baş katibi artıq Baydeni qələbə münasibətilə təbrik ediblər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …