Cümə , 22 Noyabr 2024
Drone Cameras

BDU Jurnalistika Fakültəsindən KİVDF-nin təlimlərinə dəstək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün türkiyəli mütəxəssislərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq. Hansı ki, məlum təlimlərin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

KİVDF-nin təşkilatçılığı ilə baş tutacaq bu təlimlər, onların əhəmiyyəti və s. kimi məsələlərlə bağlı Moderator.az-ın suallarını Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru  Vüqar Zifəroğlu cavablandırıb:

– Vüqar müəllim, bildiyiniz kimi, KİVDF jurnalistlər üçün türkiyəli mütəxəssislərin iştirakı ilə onlayn formatda təlimlər təşkil edib. Sizcə KİVDF-nin təşkil etdiyi bu təlimlər jurnalistlərimizin peşəkarlığının artırılması baxımından nə dərəcədə faydalı hesab edilə bilər?

– Şübhəsiz ki, KİVDF-nin bu layihəsi jurnalistlərimizin peşəkarlığının artırılmasına öz töhfəsini verəcək.

Bildiyiniz kimi, bu təlimlər Türkiyə jurnalistləri tərəfindən keçiriləcək. Türkiyə jurnalistikası hər mənada inkişaf etmiş jurnalistikadır. Həm xəbər, həm müharibə jurnalistikası istqiamətində kifayət qədər təcrübə və peşəkarlığa malik jurnalistikadır. Türkiyə jurnalistikası oturuşmuş, özünəməxsus ənənəyi malikdir. Bu baxımdan təcrübə mübadiləsinin aparılması, Türkiyə jurnalistləri ilə mütəmadi şəkildə onlayn təlimlərin təşkil edilməsi çox gözəl təşəbbüsdür. Mən inanıram və əminəm ki, bu, mediamıza öz müsbət təsirini göstərəcək.

Bu məsələdə məhz Türkiyə jurnalistikasının üzərində dayanılmasının özü uğurlu bir seçimdir.

– Bunu “uğurlu seçim” adlandırmaqla konkret nəyi nəzərdə tutursunuz?

– Burada söhbət heç də bizim yaxın, strateji, qardaş, müttəfiq dövlət olmağımızdan getmir. Mən əsla bunu nəzərdə tutmuram. Məsələ bundadır ki, Türkiyə jurnalistikasının formalaşmış ənənə və prinsipləri ilə Azərbaycan jurnalistikasının formalaşma prinsip və ənənələri bir-birinə oxşardır. Söhbət XIX əsrdən başlayan formalaşmadan gedir. Bu prinsiplər, bu yanaşmalar milli kimlik, milli bütövlük kimi mövzuların qoyuluşundan tutmuş, milli maarifləndirmə işinin təşkilinə qədər məsələlərdən gedir.  Həmin dönəmdə Azərbaycan və Türkiyə jurnalistikası arasında xeyli oxşar yanaşmalar olub. Bu mənadsa Azərbaycan və Türkiyə jurnalistikası bir-birinə çox yaxındır. Onların bir çox məsələyə yanaşma tərzində də oxşarlıqlar olub.

– Sizcə Azərbaycan jurnalistikası ilə yanaşı, həm də Türkiyə jurnalistikasının formalaşmasında əməyi olan təmsilçilərimiz olubmu? Elə jurnalistlərimiz olubmu ki, onlar eyni zamanda hər iki dövlətin jurnalistikasının inkişafına töhfə vermiş olsun?

– Türkiyə jurnalistikasının formalaşmasında bizim klassik publisitlərimizin böyük rolu olub. Burada söhbət Əhməd bəy Ağaoğludan, Əli bəy Hüseynzadədə, İsmayıl bəy Qaspıralıdan və s-dən gedir. Onların həm Azərbaycan, həm də Türkiyə jurnalistikasına böyük təsirləri olub. Azərbaycan və Türkliyə mediası, həm də bu kimi klassik jurnalistlərin fəaliyyəti nəticəsində formalaşıb. Bu baxımfan KİVDF-nin Türkiyə jurnalistikası üzərində dayanması uğurlu bir seçimdir.

– Türkiyə uzun illərdir ki, müxtəlif terror qruplarına qarşı mübarizə aparmaqdadır və bu mübarizə hazırda Suriya, Liviya kimi ölkələrdə davam edir. Sizcə illər uzunudur ki, anti-terror əməliyyatları həyata keçirən bir ölkə olaraq, Türkiyədə hərbi jurnalistikanın durumu hansı səviyyədədir? Türkiyənin hərbi jurnalistika təcrübəsi jurnalistlərimizin bu təcrübədən faydalana biləcəyi qədər zəngindirmi?

– Burada vacib məqamlardan biri də hərbi jurnalistika məsələsidir. Türkiyə jurnalistikasında hərbi jurnalistika məktəbi formalaşıb. Mən bir faktı qeyd etmək istəyirəm. Təxminən 3-4 il bundan öncə Anadoli İnformasiya Agentliyi hərbi jurnalistika ilə bağlı təlimlər təşkil etişdi. Bu təlimlərə azərbaycanlı jurnalistlər də qatılmışdı. Hansı ki, həmin təlimlər bu kimi təlimlərin nə dərəcədə faydalı olduğunu bir daha sübut etdi.

– Azərbaycan və Türkiyə həm də bir-biri qardaş olan iki dövlət kimi xarakterizə olunur. Sizcə tarixi doğmalıq və yaxınlıq amili də bu məsələdə rol oynayırmı?

– Bu məsələdə təbii ki, iki dövlət və xalq arasındakı yaxınlıq məsələsi də inkar edilə bilməz. Bizim dərdlərimiz də, problemlərimiz də, hətta dostlarımız və düşmənlərimiz də ortaqdır. Bunların hamısı vacib məqamlardan biridir. Digər ölkələrin jurnalistləri ilə bizim jurnalistlərin təcrübə mübadiləsi baxımından bu cür təlimlərin keçirilməsi çox gözəldir. Mən buna görə bir jurnalist kimi KİVDF-yə öz təşəkkürümü bildirirəm. Əlavə olaraq, bu seçimdə məhz Türkiyə jurnalistikası üzərində dayanılmasını uğurlu bir seçim hesab edir və buna görə də KİVDF-yə ayrıca təşəkkür edirəm.

Seymur ƏLİYEV

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …