Cümə axşamı , 30 Aprel 2026
Drone Cameras

BƏƏ-nin bu addımı Səudiyyə Ərəbistanına ağır zərbə olacaq

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) OPEC və OPEC+ formatlarından çıxmaq qərarı neft karteli və onun faktiki lideri olan Səudiyyə Ərəbistanına “ciddi zərbə” olacaq.

Boyukmillet.com xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın nüfuzlu “Financial Times” (FT) qəzeti çıxış edib.

Məqalədə qeyd olunur ki, OPEC-in üçüncü ən böyük neft istehsalçısı olan (İranla müharibəyə qədər gündəlik 3,4 milyon barel neft hasil edirdi) BƏƏ-nin bu addımı, ölkənin hasilat kvotaları ilə bağlı uzun müddətdir davam edən narazılığını və Səudiyyə Ərəbistanı ilə münasibətlərdəki gərginliyi nümayiş etdirir.

BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui nəşrə verdiyi açıqlamada bildirib ki, bu, ölkənin uzunmüddətli strateji və iqtisadi baxışına əsaslanan suveren milli qərardır:

“Biz qrupun işində fəal iştirak etmişik və bütün qərarları dəstəkləmişik, lakin indi gələcək haqqında düşünməyin vaxtıdır. Hesab edirik ki, digər istehsalçılara minimum təsir göstərdiyi üçün bu addım üçün doğru zaman seçilib”.

Nəşr onu da vurğulayır ki, bu qərarın real nəticələrini yalnız Hörmüz boğazı vasitəsilə neft və qaz nəqli tam bərpa olunduqdan sonra dəqiq qiymətləndirmək mümkün olacaq.

Xatırladaq ki, bir qədər əvvəl BƏƏ-nin rəsmi WAM agentliyi ölkənin 1 may 2026-cı il tarixindən etibarən OPEC və OPEC+ sazişindən çıxacağı barədə məlumat yayıb.

Check Also

Putin Trampa İranda quru əməliyyatının qəbuledilməz olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Amerika lideri Donald Trampa İranda quru əməliyyatının həyata …