Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qəza axşam saatlarında M4 Minsk – Mogilev magistralında, Minsk rayonunun Privolnı qəsəbəsi yaxınlığında baş verib. İlkin məlumata görə, “Toyota” markalı avtomobilin 33 yaşlı sürücüsü qarşıdan gələn zolaqla hərəkətdə olarkən 32 yaşlı Minsk sakininin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.

Olayda hər iki avtomobil yanıb. Sürücülər hadisə yerində keçiniblər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …