Cümə , 5 Dekabr 2025
Drone Cameras

Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıq müəssisəsi və təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nə verilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” MMC ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Check Also

Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi …