Cümə , 3 May 2024
Drone Cameras

“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlanıb

“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Bakıya oyun günü – mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …