Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Beyləqanda saxlanılanlardan 5 kq narkotik və avtomat aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …