Bazar , 19 May 2024
Drone Cameras

Beynəlxalq məhkəmələrdə Ermənistan və İrana qarşı iddia qaldırılması təklif olunub

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin iclasında Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün beynəlxalq məhkəmələrdə iddia qaldırılmalı olduğunu bəyan edib.

Boyukmillet.com xəbər verir ki, plenar iclasda çıxış edən deputat qeyd edib ki, Ermənistan və İran Azərbaycan mədəniyyət nümunələrini öz adına çıxaraq dünya bazarlarında satırlar.

O qeyd edib ki, ABŞ-dəki mağazalarda Azərbaycan xalqının maddi-mədəni irsinə aid olan əşyaların satışa çıxarılmasının şahidi olub.

“Həmin əşyaların satışını təşkil edən də Ermənistan və İran vətəndaşları idi. Azərbaycanda mindən çox muzey, məscidlər işğal dövründə dağıdılaraq başqa xalqın nümayəndələrinə satılıb. Hesab edirəm ki, bu məsələ barədə ciddi məşğul olunmalı və sözügedən cinayət əməlləri barədə faktlar toplanaraq Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün əməli addımlar atılmalıdır”, – S.Novruzov deyib.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …