Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.

Görüşdə həmçinin azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi də vurğulanıb.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …