Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Beynəlxalq təşkilat: Ermənistan hakimiyyətini uydurma işlərə son qoymağa çağırırıq

Dünyanın ən böyük və məşhur siyasi qruplarından olan Mərkəzçi Demokrat İnternasionalı (CDI) Ermənistan hakimiyyətini uydurma işlərə son qoymağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.

Mərkəzçi Demokrat İnternasionalı Ermənistanda demokratiyanın pisləşdiyini vurğulayıb. Qeyd edilib ki, təşkilat Ermənistanda son vaxtlar demokratiyanın tənəzzülü tendensiyasını böyük narahatlıqla izləyir.

“Xüsusən, Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini (CDI-nin üzvü – red) Armen Aşotyana lazımi hüquqi xəbərdarlıq edilmədən İrəvan hava limanında qəfil səyahət qadağası qoyulmasını pisləyirik.

Ermənistan Konstitusiyası, qanunları və qaydaları kobud şəkildə pozulur.

İnsanların sərbəst hərəkət erməsi fundamental hüquqdur ki, bu da Ermənistan Konstitusiyası ilə təmin edilir və bu halda əsaslandırılmayan müstəsna hallarda məhdudlaşdırıla bilər.

Mərkəzçi Demokrat İnternasionalı Ermənistan hakimiyyətinə ölkədə azadlıq, demokratiya və qanunun aliliyi kimi fundamental hüquqların təmin edilməsində məsuliyyətlərini xatırladır.

Biz Ermənistan hökumətini siyasi motivli uydurma işlərə son qoymağa və opponentlərə qarşı hüquq-mühafizə orqanlarının səlahiyyətlərindən növbəti sui-istifadənin qarşısını almağa çağırırıq.

Fundamental hüquqlara və prinsiplərə tam riayət olunmasını təmin etmək üçün vəziyyəti diqqətlə izləyəcəyik”, – Mərkəzçi Demokrat İnternasionalının bəyanatında deyilir.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …