Şənbə , 19 Oktyabr 2024
Drone Cameras

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti: “Azərbaycanda keçirilən tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu”

Azərbaycanda keçirilən bu tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) prezidenti Requla Meyer qurumun Azərbaycanda keçirilən ilk Plenar Assambleyası barədə danışarkən deyib.

“Azərbaycanda keçirilən bu tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu. Gəlişimizdən etibarən qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Azərbaycanın mədəniyyəti zəngin, mətbəxi isə heyrətamizdir – hər yemək unudulmaz bir təcrübə idi. Tədbirin uğurla keçməsi və Azərbaycan tərəfdaşlarımızın peşəkarlığı bizi çox sevindirdi. Gələcəkdə birgə layihələri davam etdirmək imkanlarını səbirsizliklə gözləyirik. ISMF adından bu unudulmaz təcrübəyə görə təşəkkür edir və gələcək əməkdaşlıqları dörd gözlə gözləyirik”.

Qeyd edək ki, gələn ilin yanvar ayında Azərbaycanda xizək alpinizmi üzrə dünya kuboku keçiriləcək.

Check Also

Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək

İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq …