Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Beynəlxalq Cocuq Mərcanlı konfransında Qarabağ həqiqətlərini cəsarətlə söyləmiş Rusiya xadimlərini təqiblərdən necə qoruyaq…

“Dövlət olaraq bütün vasitələrlə həmin adamları müdafiə etməliyik”

İsmayıl Ağayev: “Lazım gəlsə, həmin antoqonist fikirlərin səsləndirildiyi telekanalların qarşısında etiraz aksiyaları keçirməliyik”

Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfəri və işğal olunmuş Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması çağırışı üzündən Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb.

Qeyd edək ki, bənzər hərəkətlərin Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markova qarşı da edildiyinin şahidi oluruq. Hətta vəziyyət o həddə çatıb ki, bu hücumlar telekanallar vastəsilə açıq efir zamanı da həyata keçirilir. “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında ekspert Semyon Baqdasarov Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskiyə müraciət edərək, Dmitri Savelyevi məhv etməyə çağırıb. Qeyd edək ki, Savelyev RLDP fraksiyasının üzvüdür.

“Axı necə olur ki, sizin deputatınız münaqişə zonasına gedir, bu sözləri deyir? – Baqdasarov verilişdə iştirak edən RLDP lideri Jirinovskidən soruşur. – Məhv edin onu, qovun! O, Rusiya Federasiyasının düşmənidir, satqındır”.

Jirinovski isə “Bəli, bəli” deyərək, onunla razılaşıb.

img

Göründüyü kimi, Dmitri Savelyevin nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe tək ermənilərin deyil, eyni zamanda Rusiyadakı ermənipərəstlərin qəzəbinə tuş gəlib.Azərbaycan tərəfi həmin adamların mətbuat, dövlət qurumları, QHT-lər, diaspor qurumları xəttilə müdaifəsini hansı şəkildə təşkil etməlidir? Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, belə hallar tez-tez olur: “Mən deyərdim ki, hətta Azərbaycanın belə hallarla bağlı immuniteti formalaşıb. Gənc dövlət olsaq da, mübarizədə, informasiya savaşında “bişməyə”, təcrübə qazanmağa məcbur olmuşuq. Azərbaycanın haqlı mövqeyini müdafiə edən kənar ölkə vətəndaşlarının ermənilər və onların havadarları tərəfindən hücumlara məruz qalmasının çox şahidi olmuşuq. Ancaq şəxsən bizim təşkilat buna bənzər bir neçə məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyub. Diaspor təşkilatlarımızın xəttilə həmin adamları tək qoymamışıq. Bu gün Rusiyada təzyiqə məruz qalan xadimlər vacib bir tezisi elan ediblər. Onlar deyiblər ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir. Görürsünüzmü, bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Rusiyadakı erməni lobbisinin güclü olduğu heç kimə sirr deyil. Bu gün həmin resurslar tam gücü ilə işə salınıb. Fikir verin, həmin adamlar Ermənistanın ziyanına nəsə deməyiblər. Yalnız Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən danışılıb və ölkəmizin roluna böyük önəm verildiyi deyilib. Ancaq görürsünüzmü nə qədər basqı var? Təbii ki, biz dövlət olaraq bütün vasitələrlə həmin adamları müdafiə etməliyik. Çünki onların bu məsələdə təklənməsi pis presedentin əsasını qoya bilər. Sonra kimsə bizim haqlı mövqeyimizi müdafiə etməyə çəkinər. Xarici İşlər Nazirliyi bəyanat verib Rusiyada səslənən fikirləri pisləməlidir. Xüsusilə bizim media daim bu məsələni diqqətdə saxlamalıdır. Diaspor təşkilatlarımız da lazım olan dəstəyi əsirgəməməlidirlər. Lazım gəlsə, həmin antoqonist fikirlərin səsləndirildiyi telekanalların qarşısında etiraz aksiyaları keçirməliyik. Rusiyada olan erməni diasporu “Exo Moskvı” radiosunda səslənən fikrə görə belə aksiyalar təşkil etdi. Nəticədə jurnalist doğru söylədiyi fikrə görə ermənilərdən üzr istəməyə məcbur edildi”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir