Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Bibisi borc vermədi, evə girib 27 500 manatını oğurladı – FOTO

Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Boyukmillet.com xəbər verir ki, rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi ona borc verməkdən imtina edib. Daha sonra isə Y.Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulları oğurlayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …