Şənbə , 27 Aprel 2024
Drone Cameras

BİLƏSUVAR TƏHSİL ŞÖBƏSİNDƏN ŞİKAYƏT VAR….

Ağdərə rayonundan məcburi köçkün İsmayılov Mehman Novruz oğlu Boyukmillet.com informasiya portalına şikayət məktubu ilə müraciət edib. O,müraciətində bildirir ki,Biləsuvar rayonunda məskunlaşıb.1997-ci ildən F.Sadıqov adına Arasbari kəndinin ümumi orta məktəbində müəllim vəzifəsində işləməyə başlayıb.1998-ci ildən həmin məktəbdə direktor vəzifəsinə təyin olunub.Biləsuvar Təhsil şöbəsi tərəfindən ona təzyiq olunaraq ərizə yazıb işdən çıxmasını tələb etmişlər.Bu haqda daha ətraflı Boyukmillet.com vətəndaş Mehman İsmayılovun şikayət ərizəsini təqdim edir:

Məlumat üçün bildirirəm ki, Qarabağ müharibəsinin veteranıyam.3-cü qrup əliliyəm.Yeni Azərbaycan Partiyasının üzvüyəm.Məcburi köçkün kimi Biləsuvar rayonu Arasbari kəndində müvəqqəti məskunlaşmışam.Müharibə zamanı sol böyrəyimi itirmişəm.Sağ ayağımdan zədə almışam. Hal-hazırda  sağ böyrəyimdə ciddi problem yaranıb.

23 sentyabr 2019-cu il tarixində Biləsuvar Rayonu Təhsil Şöbəsinin müdiri heç bir əsası olmadan mənə təzyiq etdi ki F.Sadıqov adına Arasbari kənd ümumi orta məktəbin direktoru vəzifəsindən öz ərizənlə getməlisən.Əgər öz ərizənlə həmin vəzifədən getməsən səni şuranın qərarı ilə işdən qovacağam.Bildirdim ki, Biləsuvar Rayonu İcra başçısına şikayət edəcəyəm.Cavabında qeyd etdi ki,”Başçı ilə razılaşmışam” İndi mənim müalicəyə ehtiyacım var.Dərman almağa heç bir vəsaitim yoxdu.Bildirirəm ki,ailəmiz çox çətinlik çəkib.Həyat yoldaşımın atasını və anasını ermənilər şəhid ediblər.Mən isə sağlamlığımı 50% itirmişəm.Buna baxmayaraq Biləsuvar rayonu Təhsil Şöbəsinin müduri Aqşin Bağırov və Biləsuvar İcra başçısı Mahir Quliyev Ağdərə rayonunun erməni faşistləri işğalı altında olduğunu bilmirlər.Ulu öndərimiz Heydər Əliyev BMT-nin tribunasından qaçqınların həyat şəraitin yaxşılaşdırılması üçün o zaman kömək istədiyi halda, Cənab prezident İlham Əliyev öz ad gününü qaçqınlarla keçirdiyi halda,vitse prezident Mehriban xanım Əliyeva ilk çıxışını Bakı Sumqayıtda yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı göstəriş verdiyi halda, yuxarıda adlarını  qeyd etdiyim məmurlar özbaşınalıq edirlər.

Ağdərə Rayon Başgüney kənd sakini kimi sizdən xahiş edirəm ki,  məni öz işimə bərpa olunmağımla bağlı kömək edəsiniz.

P.S.Boyukmillet.com informasiya portalı olaraq araşdırmalarımızı bu istiqamətdə davam etdirəcəyik.Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq.

                                                                                                  Sima Babayeva

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …