Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Biləsuvar və Cəlilabadda Yeni ilə hazırlıq işləri davam edir

Biləsuvar və Cəlilabad rayonlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq hazırlıq işləri davam edir.

Boyukmillet.com xəbər verir ki, bayramla əlaqədar olaraq şəhərin parkları, küçə və prospektləri Yeni ilin simvolları ilə bəzədilir.

Hazırda hər iki rayonun müxtəlif ərazilərində – parklarda, küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işıq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi davam etdirilir.

Artıq Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Seyrangahında və Biləsuvar rayonunda yerləşən Heydər Əliyev parkında böyük şam ağacları quraşdırılıb. Şam ağacları müxtəlif bəzək əşyaları ilə işıqlandırılıb.

Hər iki rayonda bayram əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğu müşahidə edilir.

Qeyd edək ki, Yeni il bayramı münasibətilə Biləsuvar və Cəlilabad rayonlarında yaxın günlərdə ümumrayon tədbirləri keçiriləcək.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …