Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Biləsuvarda 6 şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvar rayonunun Nərimankənd kəndində torpaqların azadlığı uğrunda şəhid olan 6 nəfərin xatirə lövhələrinin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, açılışlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Təşkil olunan tədbirlərdə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin döyüş yolundan danışılıb.

Daha sonra şəhidlərin yaşadığı evlərinə vurulan xatirə lövhələrinin açılışı olub.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …