Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Biləsuvarda məktəb direktoru karantin rejimini pozaraq özünə doğum günü keçirdib

Bilasuvar rayonu 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə karantin rejimini kobud şəkildə pozaraq özünə doğum günü keçirib.

Boyukmillet.com xəbər verir ki, E.Ağazadə Bilasuvar royununun təhsil şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən, himayə olunmaqdadır. Bildirilir ki, gənc direktor bir sıra özbaşnalıqlara yol verir. Müəllim kollektivi və işçilərlə kobud şəkildə rəftar edir.

Ölkədə karantin rejiminin təyin olunmasına baxmayaraq məktəbdə özü üçün doğum günü tədbiri təşkil edib. Və dəvət etdiyi müəllim və şagirdlərdən hədiyyə qəbul edib.

Qeyd edək ki, karantin rejimi tədbiq edilsə və ya edilməsə belə bir məktəb direktorunun bu cür özbaşnalığı yol verilməz haldır.

Sözü gedən doğum günündən olan görüntüləri Boyukmillet.com olaraq sizə təqdim edirik.

Ayna Fərhad

Elşən Ağazadə

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …