Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.

Boyukmillet.com xəbər verir ki, 1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …