Çərşənbə , 8 May 2024
Drone Cameras

Birləşmiş Ukrayna Azərbaycanlıları konqresi Novomoskovski şəhərində Ümummilli Liderin anım gününü keçirib

UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.





Məlum olduğu kimi 12 dekabr Azərbaycan və Türk dünyasının liderlərindən biri, Ümummilli lider Heydər Əliyevin dünyasını dəyişdiyi gündür. Bəli, artıq 16 ildir ki, dünya şöhrətli siyasətçi, Ulu öndər Heydər Əliyev aramızda yoxdur. 
Boyukmillet.com Diaspor info saytının istinadən xəbər verir ki, sözügedən ölkədə Anım günü qeyd olunmağa başlayıb. Novomoskovski Diasporası Anım gününü ilk qeyd edənlərdən olub.



UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.

Bir dəqiqəlik sükutla başlayan Anım gününə xeyli soydaşımız qatılıb. “Sultan “ kafesində keçirilən tədbirdə şəhər ziyalıları və ağsaqqalları da, iştirak edib, Ulu öndər haqqında dəyərli fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərov çıxış edərək, Ümummilli lider Heydər Əliyev haqqında öz təəssüratlarını bölüşüb: “Azərbaycanın ən ağır günləri idi, müstəqilliyimiz şübhə altına alındığı bir vaxtda Ümummilli lider Heydər Əliyev Naxçıvanda, Naxçıvanlılarla birgə blokadanı yarmaq üçün yollar axtarırdı. Mən hərbi xidmətimi Alma-ata şəhərində bitirərək, Naxçıvana gəlmişdim. Naxçıvanda nə işıq, nə qaz, nə də ki, Bakı ilə əlaqə var idi. Bir tərəfdən də, ermənilər durmadan Sədərək kəndini atəşə tutur, hətta Şərura belə raket atırdılar. Həmin dövrdə səriştəsiz dövlət rəsmiləri sanki Naxçıvanı ermənilərə hədiyyə vermək niyyətindəydilər. 

UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.
UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.

Bakı ilə nə hava, nə də ki, quru yol, hətta paytaxtla telefon əlaqəsi belə yox vəziyyətindəydi. Ulu öndər dünya şöhrətli siyasətçi olduğunu bir daha sübut edərək, sovet ordusunu Naxçıvandan tam çıxardı, dünyanın bütün böyük dövlətləri, o cümlədən Türkiyə ilə əlaqələr qurmağı bacardı. Və qısa müddət ərzində Naxçıvan MR-nı aclıq təhlükəsindən qurtara bildi.
Ümummilli lider xalqımızın düşdüyü ağır, həlli olmayan çətin vəziyyəti kənardan seyr edə bilməzdi, odur ki, xalqın təkid və tələbi ilə paytaxta, xalqı və müstəqil Azərbaycanı xilas etməyə gəldi.
Və bu gün müstəqil Azərbaycanımızı elə yaratdı ki, onu yalnız öz içərisindən dağıtmaq olar. Azərbaycan xalqı üçün güclü, qüdrətli İlham Əliyev kimi peşəkar siyasi varis qoyub getdi. 
Heydər Əliyevin sənət əsəri olan Müasir Azərbaycan dünyanın qəbul etdiyi, sivil bir dövlətdir.”
Daha sonra tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Novomoskovski şəhəri üzrə sədri Şikar Hüseynov çıxış etdi: Bilirsiniz ki, 

UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.
UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.

Ulu öndərimiz Heydər Əliyev 16 il əvvəl dünyasını dəyişdi. Azərbaycan xalqının Ümummilli lideri hələ sovetlər birliyinin rəhbərliyində olduğu zaman xalqımız üçün uzaqgörən siyasi gedişlər etmiş, Azərbaycan Sovet Respublikasının inkişafı üçün müəyyən əvəzolunmaz addımlar atmışdır. Naxçıvanskinin adını daşyan hərbi liseyin məhz Azərbaycanda təşkili, bir çox iqtisadi əhəmiyyəti böyük olan zavodların ölkəmizdə açılması xalqımızın rifahının daha da, yaxşı olmasına xidmət etmişdir. Məhz həmin siyasətdir ki, bu gün Naxçıvanskinin məzunlarından Müstəqil Azərbaycanımızın generalları yetişib. 
Heydər Əliyev bir zirvədir, biz ondan uzaqlaşdıqca onu daha yaxşı görə bilirik. Mən özümü çox xoşbəxt sayıram ki, sağlığında o böyük, dahi şəxsiyyətlə görüşmüşəm. Qarabağda vəziyyət elə də ürəkaçan deyildir. Ağdamnan birbaşa Naxçıvana getdim. Mənə dedilər ki, getmə, səni onunla görüşməyə qoymazlar. Səni həbs edə bilərlər və s. Heç nəyə baxmayaraq daxilimdəki Heydər Əliyev sevgisi məni Naxçıvana apardı. Ümummilli liderimiz məni çox səmimi qəbul etdi, xeyli söhbət etdik. Bu mənim həyatımda ən dəyərli günlərdən biri oldu. 
Allah ulu öndərimizə rəhmət eləsin.
Daha sonra tədbir iştirakçıları da, Ümummilli liderimiz haqqında eşitdikləri, gördükləri bəzi məqamlardan danışdılar. Tədbirin sonunda Şikar Hüseynovun təşkilatçılığı ilə ehsan süfrəsi də, açıldı.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …