Bazar , 19 Yanvar 2025
Drone Cameras

Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb

ABŞ dövlət katibi Antoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb.

Boyukmillet.com xəbər verir ki, Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq.

Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, – Blinken qeyd edib.

Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib. Bundan bir gün əvvəl isə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1750688749644910749%7Ctwgr%5Eea893be4254a50f9675607768387a8b620147d5d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fdiger-olkeler%2Fblinken-erdoganin-isvecin-nato-ya-uzvluyunu-tesdiqlemesini-alqislayib%2F&in_reply_to=1750688749644910749

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …