Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Boyukmillet.com xəbər verir ki, iyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.
Həmçinin, çərşənbə axşamı, iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.
Hər iki tədbirdə müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyəti də iştirak edəcək.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
