Cümə , 25 Aprel 2025
Drone Cameras

BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşüb.

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Kubiakın sözlərinə görə, Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh” (“Peace4culture”) layihəsini fəaliyyət planı haqqında məlumat alıb.

Check Also

BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan …