Cümə axşamı , 2 May 2024
Drone Cameras

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib

Bərdə Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş İctimai Televizyanın Qarabağ müxbiri Şöhrət Eyvazov ilə keçirilib.

“Kütləvi İnformasiya Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi” mövzusunda mühazirədə jurnalsitikanın əsas prinsipləri və bölgə mediasının  xüsusiyyətlərin haqqında məlumat verilib.

44 günlük müharibədə hərbi sirr xarakterli məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin  tələblərinin qorunması istiqamətində göstərilən fəaliyyətdən danışılıb.

Təlimdə həmçinin xəbərlərin hazırlanması və ötürülməsində təqdim edilən informasiyanın operativliyi və dəqiqliyinin vacibliyi də diqqətə çatdırılıb.

Təlim iştirakçıları müxtəlif media qurumlarının Qarabağ bölgəsi üzrə nümayəndələrinin  fəaliyyətinə əsr olunmuş videoçarxı izləyblər. Daha sonra mövzu üzrə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavaalandırılıb.(İnterşum)

Check Also

“Seriallarımız cılızdır, nə baxıram, nə də çəkilmək istəyirəm” – VİDEO

“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək …