Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirini bir medalla başa vurublar.
Boyukmillet.com xəbər verir ki, bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.
73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.
Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.