Cümə , 22 Noyabr 2024
Drone Cameras

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Boyukmillet.com xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.

73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …