Bazar , 19 May 2024
Drone Cameras

“Böyük Qayıdış arzuları” adlı aksiya keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib.

Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub.

Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük Zəfər, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, orada aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıdış, ümumən, Azərbaycanın bu günü və sabahı ilə bağlı arzularını yazaraq lövhəyə yapışdırıblar. Lövhənin yanında Azərbaycan Ordusunun dörd nəfər hərbçisi fəxri qaravulda dayanıb.

Həmçinin iştirak edən ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar arzu və istəklərini ifadə edib, lövhənin önündə qəhrəman ordumuzun əsgərləri ilə şəkil çəkdiriblər.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …