Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Britaniya kəşfiyyatı: “Rusiyanın artilleriya və hava zərbələri Donbas xətti boyunca davam edir”

“Ukraynanın şərqindəki hücum əməliyyatları Rusiya hərbi qüvvələrinin əsas diqqət mərkəzindədir. Rusiya artilleriya və hava zərbələri Donbasda nəzarət xətti boyunca davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın Ukrayna daxili ərazilərində infrastruktur hədəflərinə zərbələr endirməsi, çox güman ki, Ukrayna ordusunun yenidən təchizat vermək qabiliyyətini aşağı salmaq və Ukrayna hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır. Donbasdakı əməliyyatları təmin etmək üçün qüvvələrin və logistika imkanlarının cəmlənməsinə baxmayaraq, Rusiya qüvvələrinin mənəvi problemləri, təchizat və şəxsi heyət çatışmazlığı ilə üzləşməsi ehtimalı var”, – məlumatda qeyd olunub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …