Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Britaniya kəşfiyyatı: “Ukraynada ən azı 10 rus generalı öldürülüb”

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.

General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

“İşdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha dərinləşdirəcək”- məlumatda deyilir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …