Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Britaniya Kadırovun anasına və atasının adını daşıyan fonda sanksiya tətbiq etdi…

Böyük Britaniya Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovu və Ahmet Kadırov Fondunu sanksiyalar siyahısına əlavə edib.

Sanksiyalara məruz qalanların Böyük Britaniyadakı aktivləri dondurulacaq. Bundan başqa, siyahıda olanların ölkəyə girişi də qadağan edilib.

London hökumətinin açıqlamasına görə, Aymani Kadırovun siyahıya daxil edilməsi Axmet ​​Kadırov Fondunun rəhbəri kimi Moskvanın nəzarətində olan ərazilərdə “Rusiya hökumətinin ukraynalı uşaqların hərbi-vətənpərvərlik ruhunda yenidən tərbiyə etmə proqramına” dəstək verməklə “Ukraynada sabitliyin pozulmasında iştirak etməsi və ya əli olması” ilə bağlıdır.

Xatırladaq ki, Britaniya hökuməti sanksiyaların tətbiq olunduğu 11 şəxs və qurumu Ukraynanı ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə ittiham edib.

Tatarıstan Baş nazirinin müavini Leyla Fazleyevaya da sanksiya tətbiq edilib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …