“Hazırda şagird sıxlığı daha çox Binə qəsəbəsində yerləşən məktəblərdə müşahidə olunur”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O xatırladıb ki, ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir: “Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik. Təbii ki, problem dövlətin atdığı addımlar sayəsində aradan qaldırılır”.
Gülçin Cəmil