Cümə , 29 Mart 2024
Drone Cameras

Bu əlamətləri olan şəxslər ölə bilər – Azərbaycanlı həkimdən XƏBƏRDARLIQ+VİDEO

“Üç gün ərzində evdə gözləyə bilərsiniz. Daha sonra bu əlamətlər varsa – öskürək keçmirsə, temperatur da artırsa, qızdırma 38 dərəcəni keçirsə, mütləq həkimə müraciət etməlisiniz”.

Bu sözləri “Publikanın həkimi” layihəsində pediatr, allerqoloq Xəyalə Quliyeva deyib.

Onun sözlərinə görə, müəyyən üsullarla adi öskürəklə, allergik öskürəyi ayırd etmək olar.

“Öskürək orqanizmə düşən hər hansı mikrob, virus, bakteriya, yad cismə qarşı müdafiə reaksiyasıdır. Allergik öskürək gecə tutmalarına, hər hansı qidadan sonra olmasına görə olur, ani başlayır. Valideyn bu öskürəyin nədən sonra baş verməsinə diqqət etməlidir”

Peyvəndin önəmindən bəhs edən pediatr, göy öskürəyə yoluxmağın fəsadlarından da danışıb:

“Bizdə peyvənd fobiyası var. Göy öskürəyin artma səbəbi məhz peyvəndsiz qalmadır. Göy öskürək iki həftə ərzində adi öskürək kimi başlayır. Daha sonra müalicəyə tabe olmur. Uşağın öskürəyi artıq əzabverici öskürəyə çevrilir, boğulma şəklində olur, müddəti uzanır. Sonda hətta öyümə, qusma ilə nəticələnə bilər. Göy öskürəyin müalicəsi yoxdur, onu sadəcə yüngülləşdirə bilirik. Göy öskürək yoluxucudur, hava-damcı yolu ilə yoluxur. Altı aylığına qədər uşaqlar göy öskürəyə yoluxarsa, ölümlə nəticələnə bilər”.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …