Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Ərdoğanla Putinin görüşündə hansı məsələlər müzakirə olundu?

Moskvada Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün formatı təkbətək olacaq.Analoq.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib ki, əgər ehtiyac yaranarsa, görüşə məhdud sayda rəsmilərin qatılması da mümkündür.

Peskov bildirib ki, Ərdoğanla görüşdən əvvəl Rusiya lideri Putinin beynəlxalq telefon müzakirəsi aparacaq. Ancaq müzakirənin kiminlə aparılacağı barədə məlumat verilməyib.

Peskovun sonuncu ifadəsi diqqəti cəlb edib. Rusiya liderinin Ərdoğanla görüşdən əvvəl daha çox iki şəxslə danışmaq ehtimalı var. Bunlardan biri ABŞ prezidenti Donald Tramp ola bilər. Əgər Putin-Tramp telefon müzakirəsində Suriya ilə bağlı ikili razılaşma əldə edilərsə, bu halda Türkiyə liderinin mövqelərində mexaniki zəifləmənin baş verməsi mümkündür.

Amma iş orasındadır ki, Ərdoğan Moskva səfərindən əvvəlki bir həftə ərzində ABŞ lideri Trampla iki dəfə telefonla müzakirələr aparıb, görüşdən əvvəl isə ABŞ-ın BMT-dəki səfirini qəbul edib.

Putinin Ərdoğanla görüşdən əvvəl müzakirə aparacağı ikinci şəxs Suriyanın dövlət başçısı Bəşər Əsəddə ola bilər.

Üçüncü variant kimi Vladimir Putinin ABŞ-dan savayı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa və Böyük Britaniya ilə dəyərləndirmələr aparması da mümkün sayılır.

Yeri gəlmişkən, ötən gün Əsəd bəyan edib ki, Türkiyə ilə dialoqa hazırdır. Mümkündür ki, Kremlin sahibi yaranan durumu kökündən həll etməyin ən münasib yolunu Türkiyə ilə Suriya arasında birbaşa əlaqənin qurulmasında görsün.

Əlavə edək ki, Ərdoğanı aparan təyyarə saat 13:20-də Moskvadakı Vunkova hava limanına enib.

Burada Ərdoğanı Rusiya xarici işlər nazirinin müavini Sergey Rybakov, dövlət protokol şöbəsinin rəhbəri İqor Baqdaşev, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerlov və Türkiyənin Moskvadakı səfiri Mehmet Şimşək qarşılayıb.

Qeyd edək ki, artiq Türkiyə və Rusiya liderlərinin görüşü başlayıb.reyting.az


Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …