Bazar , 19 May 2024
Drone Cameras

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür

Arif Paşayev 15 Fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub. O 1959-cu ildən AMEA-nın Fizika institutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur.

Elimi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikanın və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub.Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə SSRİ-nin ixtiraçılıq medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb.”VEKTOR” – Beynəlxalq Elm Mərkəzi mükafat komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri ” Beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olan akademik Arif Paşayev elm sahəsindəki yüksək xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilib.O, Nobel mükafatı laureatı İ.V.Pavlov adına “qızıl medalına, akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medalı” Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb. Ölkə başçısının sərəncamı ilə A.Paşayev “İstiqlal” ordenini ilə təltif olunub.

Bərdə Rayon İctimaiyyəti və Gənclər adından görkəmli alim, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edirik.Hörmətli akademikimiz bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, firavanlıq, səadət, doğma Azərbaycan Xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uca Allahdan uğurlar diləyirəm.

Hörmətlə: İctimai fəal Vaqif Məhəmmədoğlu Bərdə rayonu.

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …