Bu gün hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanın ətrafında sıx surətdə birləşib – Türkiyəli araşdırmaçı yazar
Bu sözləri türkiyəli araşdırmaçı yazar, ANKA DER başkanı Dr.Derya Akdemir mediaya verdiyi açıqlamada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubileyini təbrik edərkən deyib.
Derya Akdemir bildirib ki, Azərbaycanın tarixinə adını Müzəffər Ali Baş Komandan kimi yazdıran Azərbaycan prezidenti sadəcə bununla da kifayətlənməyib, eyni zamanda dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın könlündə taxt qurub. Onun sözlərinə görə, bu gün əgər Bakımıza qonaq gələn hər kəsi hava limanının girəcəyindən asılan “Qarabağ Azərbaycandır” şüarı qarşılayırsa, bu o deməkdir ki, Azərbaycanda yepyeni bir tarix yazılır:
“Bu tarixin yazarı isə şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən İlham Əliyevdir. Onun atdığı qətiyyətli addımlar sayəsində xalq bu qırx dörd günlük savaş zamanında onun yanında oldu, ordumuz, qəhrəman əsgərlərimiz onun bir əmri ilə canlarını sevə – sevə bu torpaq uğrunda qurban verdilər, hər dəfə Azərbaycana gələndə onun ölkə üçün, vətən üçün, qarantı olduğu bütün dünya azərbaycanlıları üçün necə səylə çalışdığını gördük.
Savaş zamanı ürəyimizin fatehi oldu həm də, hər kəs internetdə onun müjdə dolu çıxışlarını gözləyirdi. Hər çıxışında işğaldan azad olunan ərazilərin adlarını sadalayanda ürəyimiz dağa dönürdü, illərlə zəfər həsrəti ilə ürəyi döyünən bizlər sevincdən axan göz yaşlarımızı saxlaya bilmirdik.
Savaş bitdi və biz zəfər qazandıq. Amma indi də qarşımızda daha çətin və məsuliyyətli mərhələ var və bu mərhələni də eyni uğurla keçəcəyimizdən əminəm. Sabahlarımızın daha işıqlı, səmamızın daha aydınlıq olması üçün Allahdan cənab Prezidentə can sağlığı arzulayıram. Qoy o, hər zaman Müzəffər olsun və bütün dünya azərbaycanlıları ona baxıb fəxr etsin!”