Cümə , 27 Mart 2026
Drone Cameras

Bu gün Türkiyə milli kosmik proqramını elan edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin milli kosmik proqramı təqdim ediləcək.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasimin açılışı Ankarada, Türkiyə Prezidenti Administrasiyasında, yerli vaxtla saat 19:00-da nəzərdə tutulub.

Tədbirdə ölkənin kosmik sferada hədəflərinin elan olunması planlaşdırılır. Eyni zamanda Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin həyata keçirəcəyi layihələr də açıqlanacaq.

Mərasimdə dövlət başçısı ilə yanaşı, Sənaye və Texnologiyalar naziri Mustafa Varank da iştirak edəcək.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …