Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq.

İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr aparılacaq.

Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi Ankaranın bununla bağlı “yol xəritəsi” müzakirə ediləcək.

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, habelə İraq, Liviya, Cənubi Qafqaz və Şərqi Aralıq dənizindəki proseslər barədə fikir mübadiləsi aparılacaq.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …