Cümə , 9 May 2025
Drone Cameras

Bu il Azərbaycanda 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb

Azərbaycanda ümumilikdə 20 minə yaxın məhkuma, cari il ərzində isə 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Bunu “Report”a müsahibəsində Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.

Onun sözlərinə görə, cari il ərzində cəza müddətinin qurtarması və digər qanuni əsaslara görə 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb.

“Fəaliyyət göstərdiyi müddət ərzində Probasiya Xidmətinin yerli qurumları tərəfindən 89 minə yaxın şəxs probasiya qeydiyyatına götürülüb, əvvəlki illər üzrə cəza çəkən məhkumlar nəzərə alınmaqla 65 mindən çox şəxs qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılıb”, – o qeyd edib.

Check Also

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər …