Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

“Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: “Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq”.

Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə, ümumilikdə, 17 ana ölümü faktı qeydə alınıb. 

Check Also

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi üçün qaydalar hazırlanır. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir