Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Bu qış Bakıda sərt keçəcək – Ekoloqdan XƏBƏRDARLIQ

Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola biləcəyi ilə bağlı ehtimalları artırıb. ”Qış şaxtalı və qarlı olacaq”.

Boyukmillet.com Xəzər TV-yə istinadən bildirir ki, bunu açıqlamasında Coğrafiya İnistutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib. Mütəxəssis bildirir ki, müşahidə olunan hava dəyişikliyi əvvəllər də nadir hallarda qeydə alınıb və bunun ardınca qış aylarında şaxtalı günlər yaşanıb.

Mütəxəssis bildirir ki, qışın bir qədər sərt keçməsi mövcud problemləri daha da artıracaq. Uzunmüddətli hava proqnozlarının çox da dəqiq olmadığını deyən ekoloq yenə də ehtiyatlı davranmağı zəruri hesab edir.

Mütəxəssis onu da əlavə etdi ki, qışın şaxtalı-qarlı keçməsi, müəyyən ziyanvericilərin yaşıllıqları məhv etməsinə də mane olacaq.

Check Also

Leysan, sel, daşqın olacaq – Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir …