Bazar , 19 May 2024
Drone Cameras

“Bu uğur Azay Quliyevin uzun illər ATƏT-in işinə verdiyi ciddi töhfələrlə bağlıdır” – Bahar Muradova

“ATƏT PA nın çox gərgin, eyni zamanda cox maraqlı müzakirələr,kəskin debatlar və həyəcanlı anlarla dolu 28 ci illik sessiyası sona catdı. Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi bu dəfə də Azərbaycanı uğurla təmsil etdi.Qarşıya qoyulan bütün hədəflərə nail olundu. Lüksemburq bəyannaməsində ölkəmizin maraqlarına uyğun bir sıra ciddi məqamlar əksini tapdı. Daha bir uğurumuz isə həmkarımız Azay Quliyevin daha 3 il müddətinə dünyanın 57 ölkəsini birəşdirən bir qurum olan ATƏT PA nın vitse-prezidenti secilməsi oldu”.

boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. B.Muradova qeyd edib ki, bu uğur bir tərəfdən həmkarımızın 14 il ərzində bu beynəlxalq təşkilatın işinə verdiyi ciddi töhfələrlə əlaqədar üzv ölkələrin nümayəndələri arasındakı hörmət və nüfuzuna bağlı idisə diğər tərəfdən bu mötəbər qurumda Azərbaycana, onun Prezidenti cənab İlham Əliyevin ATƏT regionuna daxil olan olkələrlə ikitərəfli və coxtərəfli əsasda həyata kecirdiyi siyasətin uğurlu nəticələrinə olan münasibətin təzahürü idi. Nümayəndə heyətinin bütün üzlərinə,XİN in, ATƏT yanındakı səfirliyimizin daım bizimlə olan əməkdaşlarına,eləcə də AzərTacın, Aztv nin tədbiri işıqlandıran nümayəndələrinə və Milli Məclis aparatının əməkdaşlarına təşəkkürümü bildirirəm.Mılli Məclisin sədri cənab Oqtay Əsədova,bizə hərtərəfli dəstəyinə görə xüsusi minnətdarlığımı bildirir,həmkarım Azay Quliyevi isə ürəkdən təbrik edirəm”.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …