Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Builki “Xarıbülbül” festivalının vaxtı açıqlanıb

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: “İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur”.

Check Also

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirliyin …