Cümə , 19 Aprel 2024
Drone Cameras

Cəlil Xəlilov: “Bu zəfərlərin hər biri Azərbaycan tarixində qızıl hərflərlə həkk olunacaq”

“Laçının azad edilməsi Ali Baş Komandanın qətiyyətinin, ordumuzun gücünün göstəricisidir”

“Laçının azad edilməsi Ali Baş Komandanın qətiyyətinin, ordumuzun gücünün göstəricisidir”.

Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilovun sözlərinə görə, Ağdam və Kəlbəcərin ardınca, Laçın rayonunun da azad edilməsi, ordumuzun güc və qüdrətindən xəbər verir:

“Təbii ki, Ağdam və Kəlbəcərin ardınca Laçın rayonunun da azad edilməsi, Azərbaycan ordusunun bu torpaqlar üzərində nəzarətinin təmin edilməsi olduqca böyük, tarixi bir nailiyyətdir və bu, ölkə başçısının dəmir iradəsinin, Azərbaycan ordusunun yenilməzliyinin təzahürü kimi
qiymətləndirilməlidir. Baş verən bu olaylar göstərdi ki, ordumuz qarşısında qoyulan istənilən tapırığı yerinə yetirmək, işğaldakı torpaqlarımızı azad etmək, bu torpaqlarda yenidən Azərbaycan bayrağını ucaltmağa qadirdir və heç bir qüvvə bu məsələdə ona mane ola bilməz. Ali Baş Komandanımızın dediyi kimi, dəmir yumruqla düşmənin başını əzdik, onu işğal etdiyi torpaqları tərk etməyə məcbur etdik. Və əminəm ki, ordumuzun bu uğurlarının hər biri tarixə qızıl hərflərlə həkk olunacaq”.

Polkovnik Laçının azadlığının ərazi bütövlüyümüzün təmini baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

“Laçının azad edilməsi ərazi bütövlüyümüzün tam təmin edilməsi, erməni işğalına son qoyulması baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki Laçın Ermənistan ordusunun nəzarətində qalan sonuncu Azərbaycan ərazisi idi və 1 dekabr tarixindən etibarən bu torpaqlar da ordumuzun nəzarətinə keçdi. Bununla da faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Bu tarixi hadisə münasibəti ilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edir, bütün vətəndaşlarımıza gözaydınlığı verirəm”.

Seymur ƏLİYEV

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …