Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.

Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …