Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Cəlilabadda 20 yaşlı gənc bıçaqlanıb

Fevralın 18- də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …